Quba rayon icra başçısı “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” ictimai birliyinin idarə heyətinin sədri Bəhruz Məmmədzadəni qəbul edib. Bu haqda 24 may tarixində ShimalNews RİH-yə istinadən məlumat verir.

Qəbulda ictimai birliyin Quba rayon filialının sədri Ramin Yunusov Ziyəddin Əliyevə təqdim edilib. Görüşdən sonra RİH-nin məsul şəxsləri, ictimai birliyin üzvləri və rayonun bir sıra qaziləri Quba şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.