Quba Rayon İcra Hakimiyyətinin başçısı qazi üçün tikilməkdə olan evdə inşaat işlərinin gedişi ilə tanış olub. Bu haqda 24 may tarixində ShimalNews quruma istinadən məlumat verir.

Ziyəddin Əliyev rayonun Ərməki kəndinə gələrək inşaatın gedişatı ilə bağlı aidiyyəti şəxslərə yerindəcə müvafiq tapşırıqlarını verib. Vətən müharibəsi qazisi, 3-cü qrup əlil Elgün Nəsrullayevin evinin tikintisinə cari ayın 10-da başlanılıb və iyul ayının ikinci yarısında təhvil veriləcəyi gözlənilir.

İcra başçısı, həmçinin qeyd edib ki, ev təmirli olacaq və mebellə təmin ediləcək.