Qubada əhalinin səyyar tibbi müayinələri keçirilir. Bu haqda 24 may tarixində ShimalNews Quba Rayon Mərkəzi Xəstəxanasına istinadən məlumat verir.
Mərkəzi Xəstəxananın həkim və tibb işçilərindən ibarət briqada budəfəki müayinələri Kunxırd kəndində aparıb. Keçirilən səyyar qəbulda pediator, şüa-diaqnostika, mama-ginekoloq, terapevt, cərrah və laborantlar iştirak ediblər.
Xəstələrdən müvafiq qan analizləri alınıb, ona uyğun müalicə təyin olunub.