İsmayıllıda stolüstü tennis idman növü üzrə rayon birinciliyi keçiriləcək. Bu haqda 24 may tarixində ShimalNews Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
“28 May – Müstəqillik Günü”nə həsr edilmiş turnir Rayon Gənclər və İdman İdarəsinin, Dövlət Humanitar və Texnologiya Kollecinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Birincilik İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 25 may saat 10:00-da start alacaq.
Yarışda iştirak etmək istəyən həvəskar idmançılar 055-481-85-37 nömrəsinə müraciət edə bilərlər.