İsmayıllıda qanvermə aksiyası keçirilib. Bu haqda 24 may tarixində ShimalNews İsmayıllı Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
“Sən də bizə qoşul, qanınla can ver!” şüarlı aksiya İsmayıllı RİH, Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində təşkil edilib.
Tədbirə RİH-nin məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri və əməkdaşları, rayon sakinləri qatılıblar.