İsmayıllı idmançısı cüdo üzrə Azərbaycan birinciliyinin 3-cüsü olub. Bu haqda 24 may tarixində ShimalNews Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Yarış Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil edilib. Turnirin birinci günündə 34 kq çəki dərəcəsində çıxış edən Mübariz Əsədli bürünc medala sahib olub.
U-15 kiçik yaşlı yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyi mayın 26-dək davam edəcək.