13 yaşlı qızın oğurlanaraq Xudat şəhərinə gətirilməsinin təfərrüatları bəlli olub. Bu haqda 24 may tarixində ShimalNews İTV-yə istinadən məlumat verir.
“Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyevanın itkin düşməsi ilə bağlı aparılan araşdırma zamanı müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Qavazov Səfər Dursunoviç “Snapchat” vasitəsilə tanış olduğu Ə.Tağıyevaya evlənəcəyinə dair vəd verib. 14 may 2023-cü il tarixdə onu Tovuzdan Xudata gətirib və orada Əfsanə ilə könüllü razılıq əsasında cinsi əlaqədə olub”, – Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Füzuli Vəliyev bildirib.
Prokuror əlavə edib ki, Əfsanənin Səfərin 44 yaşı olmasından xəbəri olmayıb.
Ətraflı videoda izləyə bilərsiniz: