Xudat şəhər 2 saylı Körpələr Evi – Uşaq bağçasının qazlaşdırılmasında sıxıntı yaranıb. Bu barədə ShimalNews 23 may tarixində Amerika Mərkəzinə istinadən məlumat verir.

Əldə olunan məlumata görə, bu hal 2 gündür davam edir. Valideynlərin çoxu bu məsələdən narahatdır. Onların dediklərinə görə, övladlarını şəraitsiz təhsil müəsissəsinə buraxmaq istəmirlər.

Məsələ ilə bağlı təhsil şöbəsindən bildirilib ki, bu hal yanacağa olan borcla bağlıdır. Gün ərzində qazla təminat bərpa ediləcək.