Yeniyetmə qızı qaçıran şəxs barəsində cinayət işi açılıb. Bu haqda 23 may tarixində ShimalNews Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Tovuz rayon sakini Ə. Tağıyevanın qaçması ilə əlaqədar Səfər Kavazov barəsində cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Daha öncə, 3 uşaq atasının saxlanılması barədə məlumat vermişdik.