Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Xaçmaz rayonu ərazisində keçirilən monitorinqlər davam edir. Bu haqda 23 may tarixində ShimalNews agentliyə istinadən məlumat verir.
Monitorinqlər respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 18 ticarət müəssisəsi, o cümlədən 5 aptek və 20 ictimai iaşə müəssisəsində həyata keçirilib. Ümumilikdə 17 müəssisədə nöqsanlar müəyyən olunub. Xaçmazda isə 2 müəssisədə qanun pozuntusu aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
“Ailə” market | Xaçmaz şəhəri, 20 Yanvar küçəsi | 1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |
Zeynalov Nadir Adil oğluna məxsus market | Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsi | 1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması 2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq |