Xaçmazda “Gənclərin media savadlılığının inkişafına dəstək” adlı təlim keçiriləcək. Bu barədə ShimalNews 23 may tarixində Amerika Mərkəzinə istinadən məlumat verir.
Təlim Xaçmaz Amerika Mərkəzində keçiriləcək. İştirakçılara saxta xəbərlər və dezinformasiya, media müxtəlifliyi və mediada qərəzlik haqqında ətraflı məlumat veriləcək, həmçinin tənqidi düşüncə bacarıqlarını inkişaf etdirmənin yolları öyrədiləcək.
Seminar 25-26 may tarixlərində saat 15:00-da (Heydər Əliyev küçəsi, 6) baş tutacaq. Qeydiyyatdan link vasitəsilə keçmək mümkündür.