Qusar rayonunda yük avtomobili yanıb. Bu haqda 23 may tarixində ShimalNews Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Hadisə Samur qəsəbəsində qeydə alınıb. “DAF” markalı avtomobilin mühərrik hissəsi və qoşqusunun 12 ədəd təkəri yanıb.

Avtomobilin qalan hissəsi və qoşqunun içərisində qutulara yığılan 21 ton məhsul yanğından mühafizə olunub.