Qubanın 10.000 insan yaşayan kəndinin yeqanə məscidi qəzalı haldadır. Bu barədə ShimalNews 23 may tarixində Space TV-yə istinadən məlumat verir.
Tarixi məscid 19-cu əsrin əvvəllərində 1-ci Nügədi kəndində sakinlər tərəfindən inşa edilib. Hazırda onun 2-ci mərtəbəsi təhlükəli vəziyyətdə olduğundan fəaliyyəti tamamilə dayandırılıb.
Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti açıqlama verib. Bildirilib ki, hazırda tarixi mədəniyyət abidələrində monitorinq aparılır. Nəticələr əsasında bərpa və konservasiya ilə bağlı müvafiq tədbirlər görüləcək.