Qubada icra başçısı Ziyəddin Əliyev vətəndaşlarla səyyar görüş keçirəcək. Bu barədə ShimalNews 23 may tarixində RİH-yə istinadən məlumat verir.
Tədbir mayın 25-i baş tutacaq. Burada Şuduq kənd İƏD-yə aid Nöydün və Şuduq kəndlərinin sakinləri iştirak edə bilərlər.
Görüşdə rayon rəhbəri ilə yanaşı, dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.