Quba rayonunda yanğın baş verib. Bu haqda 23 may tarixində ShimalNews Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə Qımılqışlaq kəndində qeydə alınıb. Ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılan taxta taralar yanıb.
Əraziyə FHN əməkdaşları cəlb ediliblər. Onlar alovu söndürərək tikiliyə bitişik olan evi yanğından mühafizə ediblər.