Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Quba rayonu ərazisində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Məlum olub ki, meşə fonduna daxil olmayan ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda ziyan vurulub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.1, 259.2.3, 259.2.4 və 259.3-cü (xeyli miqdarda ziyan vurmaqla, qulluq mövqeyindən istifadə etməklə, külli miqdarda ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.