Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qubada vətəndaşlarla görüşüb. Bu haqda ShimalNews 23 may tarixində Azərtac-a istinadən məlumat verir.
Bu gün Quba rayon Heydər Əliyev Mərkəzində təşkil edilən görüşdə Quba və Qusar sakinləri iştirak ediblər. Vətəndaşların ərizə, müraciət və təkliflərinə baxılıb. Müraciətlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və bir sıra digər məsələlərlə bağlı olub.
Vətəndaşların ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.