İsmayıllıda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu barədə ShimalNews 23 may tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi səhifəsinə istinadən məlumat verir.
Çağırış ünvanına cəlb olunan xilasetmə qüvvələri mənzilin qapısını açıb və nəzarətsiz qalmış uşağın xilas olunmasını təmin ediblər.