İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti səyyar qəbulunu keçirəcək. Bu barədə ShimalNews 23 may tarixində adıçəkilən quruma istinadən məlumat verir.

Görüş mayın 25-i saat 15:00-da Güyüm kənd ibtidai məktəbinin inzibati binasında baş tutacaq. Vətəndaşlar onları maraqlandıran və narahat edən məsələlərlə bağlı rayon rəhbərliyinə müraciət edə bilərlər.