İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları bir sıra məktəblərdə şagirdlərlə görüşlər keçiriblər. Bu haqda 23 may tarixində ShimalNews DPTM-nə istinadən məlumat verir.

Tədbirlər Talıstan kənd tam orta məktəbində, Quşencə  kənd tam orta məktəbində, Cülyan kənd ümumi orta məktəbində və Kürdmaşı kənd tam orta məktəbində təşkil edilib.

Görüşdə İsmayıllı DPTM-də növbəti tədris ilində tədris edilməsi planlaşdırılan ixtisas istiqamətləri, əldə edilən uğurlar, tələbə həyatı, tələbələrin yataqxanadan istifadə, yerli və beynəlxalq seminar və təlimlərdə, layihələrdə iştirak imkanlarından bəhs edilib.