İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə ShimalNews 23 may tarixində nazirliyə istinadən məlumat verir.

Görüş mayın 26-sı saat 10:00-da İsmayıllı şəhərindəki Mədəniyyət Mərkəzində (Heydər Əliyev prospekti, 61) keçiriləcək.

Qəbula gəlmək istəyənlər qurumun rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və yaxud “195-1” Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.