Xaçmaz şəhərinin Səid Qurbanov küçəsində ümumi iməcilik keçirilib. Bu barədə ShimalNews 23 may tarixində şəhər İƏD-yə istinadən məlumat verir.
Adıçəkilən ərazidə piyada səkiləri abadlaşdırılıb, alaq otlarından təmizlənib. Eləcə də sınan və yerindən oynayan bordürlər təmir edilib.
Bundan öncə Bakı prospektində səki kənarlarının, bordür və işıq dirəklərinin yuyulması, Nadir Ələsgərov, Şəmsəddin Sultanov küçələrində təmizlik işləri həyata keçirilməsi haqda məlumat vermişdik.