Xudat şəhər sakini 13 yaşlı məktəbli qızı qaçırmaqda şübhəli bilinir. Bu haqda ShimalNews 23 may tarixində Baku TV-yə istinadən məlumat verir.

Tovuz rayon sakini Əfsanə Tağıyevanı qaçırması əməlini törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 40-dan çox yaşı olan Səfər Kavazov polis şöbəsinə gətirilib.

Xudat şəhər xəstəxanasında mühafizəçi kimi çalışan şəxs ailəlidir və 3 uşağı var.

Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.