Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən qəza baş verib. Bu haqda ShimalNews 22 may tarixində Report-a istinadən məlumat verir.

Yol-nəqliyyat hadisəsi  Çənlibel parkında qeydə alınıb. 61 yaşlı Tofiq Quliyev yolu keçərkən motosiklet onu vurub.

Şabran rayon sakini olan yaralı müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin  onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.