“Xudat” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd pozmaq istəyən Pakistan İslam Respublikası vətəndaşları saxlanılıblar. Bu haqda ShimalNews 22 may tarixində Dövlət Sərhəd Xidmətinə istinadən məlumat verir.
20 yaşlı Xan Muhammad Amin Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçmək istəyib. Ona bu işdə 36 yaşlı Xan Mücahid Ali və 33 yaşlı Ali Rizvan bələdçilik etməkdə şübhəli bilinirlər.
Araşdırma zamanı saxlanılan şəxslərin Azərbaycana rəsmi qaydada gəlmələri məlum olub. Onlar yerli təhsil müəssisələrində təhsil almağa başladıqdan sonra dərslərdən yayınmaqla Avropaya miqrasiya etmək üçün qeyri-qanuni yollar axtarıblar.