Şimal bölgəsində yağışlı hava yaşıllıqlara müsbət təsir göstərsə də, tez yetişən gilası korlayıb. Bu haqda ShimalNews 22 may tarixində məlumat verir.

Fermerlər bildirirlər ki, “may gilası” çatlayıb və deməli, çürüyəcək. Sahibkarlar bütün malı tez satmaq üçün bazara çıxaracaqlar. Deməli, qiymətlər aşağı və gəlir də xeyli aşağı olacaq.

Mövzu ilə bağlı ötən il ShimalNews mütəmadi aqrar sığorta haqqında məlumatlar verib. Fermerlər doludan, yağmurdan, şaxtavurmadan, xəstəlik və zərərvericilərin ziyanvurmasından sığortalana bilərlər.

Daha ətraflı məlumat üçün link üzrə, yaxud 1651 qısa nömrəsinə müraciət etmək olar.