Qubada yeni açılan mağaza musiqili əyləncə təşkil edəcək. Bu barədə ShimalNews 22 may tarixində Bakcellguba-ya istinadən məlumat verir.

Mayın 30-u saat 12:00-da Bakcell Xidmət Mərkəzi Qubada yenilənmiş mağazasının “Açılış Günü”nü keçirəcək. Burada müğənnilər Şakir Abbas və Narana Paşayeva şou-proqramla çıxış edəcəklər. Qonaqlara hədiyyələr təqdim ediləcək.

Məkan: Köhnə avtovağzal (5 mərtəbə).