Qubada sürücülər uzun müddət etdikləri qayda pozuntusuna görə artıq cərimələnirlər.  Bu haqda 22 may tarixində ShimalNews məlumat verir.

H.Əliyev prospektində (“Qafqaz Oil”in yanında) sürücülər sol zolaqdan çox vaxt düzünə hərəkət edirdilər. Halbuki asfaltda yalnız sola dönmək işarəsi var.

Bir müddət öncə adıçəkilən ərazidə “Zolaqlar üzrə hərəkət” nişanı quraşdırılıb. Sürücülər onun tələbini pozduqda kamera vəsitəsilə cərimə edilirlər.