Xaçmazın qızlardan ibarət “İnter” komandası U-17 Qızlar Liqasının gümüş mükafatçısı olub. Bu barədə ShimalNews 22 may tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Mövsümün final qarşılaşmasında komandamız Bakının “Gömrükçü” komandası ilə matç keçirib. Gərgin keçən finada “Gömrükçü” qızıl, “İnter” gümüş, Balakənin “Dinamo”su bürünc medal qazanıb.