İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində yeniyetmə qızların iştirakı ilə görüş keçirilib. Bu haqda 22 may tarixində ShimalNews məlumat verir.

Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi və “GİD CSR Consulting” şirkətinin birgə təşkilatçılığı baş tutub. Layihənin əsas məqsədi regionlarda yaşayan qızlar üçün müxtəlif istiqamətlərdə peşəkar təlimçi heyəti ilə görüşlərin təşkilidir.