İsmayıllıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 22 may tarixində İsmayilli.ws-ə istinadən məlumat verir.
Hadisə “Qəbələ duracağı” adlanan ərazidə saat 13:00 radələrində baş verib. Ağ və bənövşəyi rəngdə “VAZ-2107” markalı avtomobillər toqquşub. Sürücülərdən biri yaralanaraq xəstəxanaya çatdırılıb.
Əraziyə polis əməkdaşları və evakuator xidməti cəlb edilib.