İsmayıllı Rayon Mərkəzi Xəstəxanası təkliflər sorğusu elan edir. Bu haqda ShimalNews 22 may tarixində FED.az-a istinadən məlumat verir.

Sorğuda laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədilə vətəndaşlara göstəriləcək laborator tibbi xidmətlərin satınalınması nəzərdə tutulur.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır) və 7 iyun saat 17:00-dək təqdim edilməlidir.

Satınalan təşkilatın email ünvanı: [email protected].

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.