“Qusar” futbol komandası növbəti dəfə rəqibini məğlub edərək finala keçib. Bu barədə ShimalNews 22 may tarixində Region Liqasına istinadən məlumat verir.

“ASK Arena”da liqanın yarımfinal oyunu baş tutub. Burada komandamız “Arpaçay” FK-nı (Şərur) 1:0 hesabı ilə məğlub edərək çempionluq uğrunda mübarizəsini davam edir.

Finalda komandamız “Çinar” FK (Zəngilan) ilə qarşılaşacaq.