Xaçmaz rayonunun Qaraçaycek kənd sakini intihar edib. Bu haqda ShimalNews 20 may tarixində Report-a istinadən məlumat verir.
Məlumata görə, 74 yaşlı Şahmurad Məmmədov özünə qəsd edib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.