Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonun Aşağı İmamqulukənd kəndində vətəndaşlarla səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Shimalnews bu gün, 20 may tarixində Qusar rayon İcra Hakimiyyətinə istinadən verir.

Qəbulda kənd sakinləri ilə yanaşı, RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak ediblər. Görüş zamanı kənd sakinləri Quxuroba – Şirvanlı avtomobil yolunun yenidən qurulması, kəndin ərazisindən keçən torpaq əsaslı suvarma arxına beton örtüyünün çəkilməsi, kənd məktəbinin yeni kompüterlərlə təmin olunması və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlər icra başçısı və aparatı tərəfindən dinlənilib, problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verililib.

Şair Alxasov
Qusar rayon İcra Hakimiyyəti