Qusardan olan məktəblilər “Təhsil millətin gələcəyidir” adlı bilik yarışmasının qalibləri olublar. Bu haqda 20 may tarixində ShimalNews məlumat verir.

“Təhsil millətin gələcəyidir” adlı bilik yarışmasında 32 məktəbi təmsil edən komanda iştirak edib. “Şahdağ” komandası bütün rəqiblərini geridə qoyaraq 1-ci yerə layiq görülüb.

Müsabiqə “ARB Günəş”in təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.