FHN-in Şimal Regional Mərkəzi əhatə dairəsi olan ərazidə təlim keçirib. Bu barədə ShimalNews 20 may tarixində nazirliyə istinadən məlumat verir.
Təlim Quba rayon Susay kənd tam orta məktəbində baş tutub. Burada fövqəladə halların təsnifatı, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib.