Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Xaçmaz, Şabran və digər rayonlardan olan vətəndaşlarla görüşüb. Bu barədə ShimalNews 19 may tarixində məlumat verir.
Tədbir Xaçmaz sukanal sahəsinin inzibati binasında baş tutub. Burada müraciətlər dinlənilib, ərizə və şikayətlərə baxılıb.
Müraciətlər, əsasən, suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, yeni subartezian quyularının qazılması, uzun müddət işlənmiş subartezian quyularının təmiri və bərpası, şəxsi təsərrüfatlarda olan subartezian quyularının balansa götürülməsi, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub.