Xaçmaz şəhərinin küçələrində iməciliklər təşkil edilib. Bu barədə ShimalNews 19 may tarixində şəhər İƏD-ə istinadən məlumat verir.
İşlər şəhər qəbiristanlığında görülüb. Burada məzarlıqların ətrafında səliqə-sahman yaradılıb. Bundan əlavə, Bakı prospektində səki kənarları, bordür və işıq dirəkləri yuyulub, Nadir Ələsgərov, Şəmsəddin Sultanov küçələrində təmizlik işləri həyata keçirilib.