Quba, Xaçmaz, Qusar rayonlarının komandaları “Şahin” hərbi-idman oyununun zona mərhələsində iştirak ediblər. Bu haqda 19 may tarixində ShimalNews “Abşeron Rayon Gənclər və İdman İdarəsi”nə istinadən məlumat verir.
Tədbir Abşeron Olimpiya İdman Kompleksində təşkil edilib. Yarışa ümumilikdə 10 komanda və hər komandanın tərkibində 14 nəfər olmaqla 140 gənc qatılıb. Yekun nəticələrə əsasən, 1-ci yeri Sumqayıt şəhərinin komandası, 2-ci yeri Qusar rayonunun komandası, 3-cü yeri Qubadlı rayonunun komandası qazanıb. Komandalara Gənclər və İdman Nazirliynin diplomları təqdim olunub.