Qubada saat 9:00 radələrində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 19 may tarixində məlumat verir.

Hadisə ASAN xidmətin yaxınlığında, Quba-Xaçmaz yolunda baş verib. “Hyundai” markalı avtomobil qarşıda olan “VAZ” markalı avtomobilə çarpılıb.

Şahidlərin sözlərinə görə, qarşıda tıxac olduğuna görə “07” sərt əyləcdən istifadə edib və toqquşma baş verib.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Xəsarət alan yoxdur.