Qusardan olan 25 qadın öz biznesini qurmağa hazırlaşır. Bu haqda 19 may tarixində ShimalNews Rayon Qadın Resurs Mərkəzinə istinadən məlumat verir.
Hazırda “Sahibkarlığın və biznesin inkişafı” üzrə təlimdə iştirak edən qadınların biznes planlarının qiymətləndirilməsi aparılır.
Layihə rəhbəri Aygün Əhmədova 16 nəfərin biznes quracağı məkanlara baxış keçirib.