İsmayıllının icra başçısı A.Aslanov adına İsmayıllı şəhər 2 saylı tam orta məktəbin binasında sakinlərin səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 19 may tarixində RİH-yə istinadən məlumat verir.
Görüş zamanı Nahid Bağırov vətəndaşların müraciət və təkliflərini dinləyib. Onların ünvanladıqları məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb.
Tədbirdə RİH-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.