İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları təhsil ocaqlarının şagirdləri ilə görüş keçiriblər. Bu haqda 19 may tarixində ShimalNews mərkəzə istinadən məlumat verir.

Görüşlər Z.Qarayev adına Qalınçaq kənd tam orta məktəbində və İ. Həsənov adına 1 saylı tam orta məktəbdə təşkil edilib. Tədbirlərdə DPTM-də növbəti dərs ilində tədrisi planlaşdırılan ixtisas istiqamətləri, əldə edilən uğurlar, tələbə həyatı, tələbələrin yataqxanadan istifadə, yerli və beynəlxalq seminar və təlimlərdə, layihələrdə iştirak imkanlarından bəhs edilib.

Şagirdlərlə görüşdə İsmayıllı DPTM-in regionda əsas işəgötürənlərlə əməkdaşlıq fürsətləri və təhsil müddətində istehsalat və təlim-təcrübə imkanlarından söhbət açılıb.