Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Xaçmaz rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə ShimalNews 19 may tarixində quruma istinadən məlumat verir.
Görüş mayın 31-i baş tutacaq. Sakinlərin aidiyyəti müraciətləri cavablandırılacaq. Həmin məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər. İştirak etmək istəyənlər 19-25 may tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 – Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.