Qubada polis “Təmiz hava“ aylığı ilə bağlı tədbir keçirib. Bu barədə ShimalNews 18 may tarixində DİN-in Mətbuat Xidmətinə istinadən məlumat verir.

Texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən, yəni ixrac etdiyi zəhərli qazın miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barədə müvafiq tədbirlər görülüb.

YPX əməkdaşları sürücülərlə maarifləndirici söhbətlər aparıblar. Bildirilib ki, xüsusilə sərnişindaşıma ilə məşğul olanlar bu məsələlərdə daha diqqətli olmalıdırlar.