Qusar Dövlət Ləzgi Dram Teatrı Azərbaycan Milli Teatrının yaranmasını Xaçmazda qeyd edəcək. Bu barədə ShimalNews 18 may tarixində Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Tədbir milli teatrın 150 illiyinə həsr edilib. Mayın 22-i saat 11:00-da Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində Turqut Özakmanın “Adət” tamaşası nümayiş etdiriləcək.