Xaçmazın Hacılar, Sayad, Keymərəz, Ərəb və Məmmədxanlı kəndlərinin sakinləri icra başçısı Elnur Rzayevlə görüşüblər. Bu barədə ShimalNews 18 may tarixində Xaçmaz RİH-yə istinadən məlumat verir.

Səyyar qəbul Hacılar kəndində təşkil edilib. Burada rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri vətəndaşların müraciət və təkliflərini dinləyiblər. Əsasən, suvarma kanallarının təmizlənməsi, məktəb binasının yenilənməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.

İcra başçısı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Bəzi müraciətlər yerindəcə həll edilib.