Xaçmazın Cığatay kənd ibtidai məktəbinin qarşısında piyadaların təhlükəsizliyi üçün tədbir görülüb. Bu barədə ShimalNews 18 may tarixində məlumat verir.

Məlumata görə, yolda piyada zolağı və nişanlanmaların quraşdırılması həyata keçirilib. Bu işlər məktəb müəlliməsi Vəfa Musayevanın Baş Dövlət Yol Polisinə müraciətindən sonra icra olunub.