Bu gün mayın 18-i gecə saatlarında bölgədə yağıntılar kəsilib. Bu barədə ShimalNews Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.
Qar örtüyünün hündürlüyü bu ərəfədə Şahdağda 7 sm, Xınalıqda 3 sm olub. Eləcə də duman müşahidə olunub.
Mayın 19-u şimal rayonlarında, 20-dən 22-dək isə əksər rayonlarda arabir yağıntılı hava olacağı gözlənilir.